Bəsic könüllü dəstəsinin iki üzvü İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində patrul xidməti zamanı terrorçular tərəfindən öldürülüb.
"Unikal" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
İranın cənub-şərqində yerləşən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri Sistan və Bəlucistan əyalətində iki Bəsic silahlısının öldürüldüyünü elan edib.
Qüds Qüvvələrindən verilən açıqlamaya görə, iki Bəsic döyüşçüsü cənub-şərq əyalətinin mərkəzi Xaş və Zahedan şəhərləri arasında patrul xidməti zamanı terror qurbanı olublar.
Ağarza Elçinoğlu