AZ

Ukrayna Pokrovska xüsusi təyinatlı qüvvələr göndərir

Ukrayna ordusunun baş hərbi komandanı bildirib ki, Rusiya qüvvələrini strateji Donetsk bölgəsindəki şəhərdən sıxışdırmaq səyləri davam edir. Ajans.az "Al Jazeera" kanalına istinadən xəbər verir ki, Kiyev Rusiyanın intensiv hücumu fonunda əraziyə nəzarəti qorumağa çalışır və Ukraynanın şərqindəki Pokrovsk şəhərinə xüsusi təyinatlı qüvvələr yeridib. Ordu rəisi Aleksandr Sırski Facebook-da bildirib ki, Ukrayna Pokrovsk şəhərini saxlayır: "Düşmən qüvvələrini Pokrovskdan çıxarmaq və məhv etmək üçün hərtərəfli əməliyyat davam edir”.

Qeyd edək ki, Rusiya şərqi Donetsk bölgəsinin bütün ərazisinə nəzarət etmək üçün 2024-cü ilin ortalarından bəri "Donetskə gedən yol" adlandırılan Pokrovsk şəhərini ələ keçirməyə çalışır.

Seçilən
42
Ajans.az

1Mənbələr