Böyük Misir Muzeyi açıldı -
Misirin paytaxtı Qahirənin qərbində yerləşən və “dördüncü piramida” adlandırılan Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçirilib.Metbuat.az xəbər verir ki, mərasim Misir Prezidenti Əbdülfəttah əs-Sisinin iştirakı ilə baş tutub. Misir Prezident Administrasiyasının məlumatına görə, tədbirdə 79 ölkədən rəsmi nümayəndə heyətləri, o cümlədən 39 dövlət və hökumət başçısı, kral və şahzadələr iştirak edib. Azərbaycanı mərasimdə Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.Təxminən 1 milyard ABŞ dollarına başa gələn layihə əsasən Yaponiyanın maliyyə dəstəyi ilə reallaşdırılıb. Burada ziyarətçilər Tutanxamonun 5 mindən artıq eksponatı da daxil olmaqla 57 mindən çox tarixi əşyanı görmək imkanı əldə edəcəklər.