AZ

Rusiya oktyabrda Ukraynaya rekord sayda raket atıb

BAKI, 2 noyabr. TELEQRAF

2025-ci ilin oktyabrında Rusiya Ukraynaya qarşı raketlərdən istifadəyə görə yeni "rekorda" imza atıb. Ümumilikdə 270 raket buraxıblar ki, bu da sentyabr ayı ilə müqayisədə 46% çoxdur və 2023-cü ildən bəri ən yüksək rəqəmdir.

Teleqraf xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Agentlik oktyabrda Rusiyanın hücumlarının dəf edilməsi ilə bağlı Ukrayna məlumatlarını təhlil edib. Hesablamalara görə, işğalçılar oktyabr ayında bütün növlərdən 270 raket atıblar ki, bu da atılan və vurulan raketlərin sayı haqqında məlumatların ilk dəfə dərc olunmağa başladığı 2023-cü ildən bəri ən yüksək rəqəmdir.

Oktyabrda cəmi 270 raket buraxılıb ki, bu da əvvəlki ayla müqayisədə 46% artım deməkdir. Bu arada Rusiya ay ərzində Ukraynaya 5298 uzun mənzilli PUA buraxıb ki, bu da oktyabr ayı ilə müqayisədə 6% azdır.

Seçilən
36
teleqraf.com

1Mənbələr