AZ

Dörd hücumçu arasında seçim edəcək - İtaliyanın məşhur klubu

“Milan” yeni hücumçu axtarışlarını davam etdirir.

Keçən qış Santyaqo Ximenesi 32 milyon avro qarşılığında heyətinə qatan “qırmızı-qaralar” onun oyunundan narazıdır və əvəzləyici axtarır.

Sportinfo.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “Milan”ın qısa siyahısına bu futbolçular daxil edilib:

Conatan Burkardt (“Ayntraxt”), Coşua Zirkze (“Mançester Yunayted”), Artyom Dovbik (“Roma”), Xoakim Paniçelli (“Strasburq”).

“Milan” sabah İtaliya çempionatının 10-cu turu çərçivəsində “Roma” ilə qarşılaşacaq.

Seçilən
34
sportinfo.az

1Mənbələr