“Politico” mənbələrə istinadən xəbər verir ki, Bolqarıstan Rusiyanın LUKOIL şirkətinə qarşı ABŞ sanksiyalarından azad olunmaq üçün müraciət etməyi nəzərdən keçirir.
Doğru.az məlumatına görə, Bolqarıstan hökuməti Vaşinqtondan noyabrın 21-də qüvvəyə minəcək sanksiyaların möhlət və ya azad edilməsinin necə tələb olunacağına dair aydınlıq istəyib.
Hökumət sanksiyaların bankları LUKOIL-in Burqas neft emalı zavodu ilə əməkdaşlığı dayandırmağa məcbur edəcəyindən və zavodun bağlanmasına səbəb ola biləcəyindən ehtiyat edir. Nəşr qeyd edir ki, bu, ciddi yanacaq qıtlığına və bütün ölkədə etirazlara yol aça bilər.
Xatırladaq ki, oktyabrın 23-də ABŞ Maliyyə Nazirliyi Rusiyanın Rosneft və LUKOIL neft şirkətlərinə qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb. Finlandiyadakı LUKOIL-in törəmə şirkəti Teboil isə iki yanacaqdoldurma məntəqəsinin sanksiyalar səbəbindən tezliklə bağlanacağını elan edib.
DOĞRU.AZ