AZ

Lapid hökuməti yəhudiliyi zorakılıq siyasətinə çevirməkdə günahlandırır

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müxalifət lideri hökuməti yəhudiliyi zorakılıq və nifrət siyasətinə çevirməkdə günahlandırdı.

Bizimyol.info xəbər verir ki, o, bu açıqlamanı Baş nazir İshaq Rabinin qətlinin 30-cu ildönümündə Təl-Əvivdəki Rabin meydanında çıxışı zamanı verib.

"Yəhudiliyi təhrif edən və onu nifrət və zorakılıq siyasətinə çevirən insanlar var. Bu insanlar bu gün hökumətdədirlər", - deyə o bildirib.

Lapidin sözlərinə görə, yəhudilik "ekstremistlərə, korrupsioner məmurlara və ya sapmaçılara" aid deyil. O, həmçinin bildirib ki, Yiqal Əmir Rabini öldürüb və yəhudi, demokratik və dinc dövlət ideyasını məhv etməyə çalışıb.

"Bu gün, bu yerdə biz burada təkcə Rabinə yas tutmaq üçün deyil, həm də güc toplamaq üçün toplaşmışıq. O, bizə öyrətdi: təhlükəli bir şey görsəniz, ona qarşı mübarizə aparın", - deyə Lapid qeyd edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
bizimyol.info

1Mənbələr