AZ

Tramp Ağ Evdə Suriya liderini qəbul edəcək

ABŞ Prezidenti Donald Tramp noyabrın 10-da Ağ Evdə Suriya keçid dövrü prezidenti Əhməd əl-Şaraanı qəbul edəcək.

APA xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Türkiyədəki səfiri və Suriyə üzrə xüsusi nümayəndəsi Tom Barrak Axios portalına açıqlamasında təsdiqləyib.

Məlumata görə, Əhməd əl Şaraa Vaşinqtona səfəri zamanı Suriya tərəfinin ABŞ-ın rəhbərlik etdiyi “İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya” qoşulmasını nəzərdə tutan sənədləri imzalayacağı gözlənilir.
Seçilən
19
14
azpost.info

10Mənbələr