AZ

Orban sosial şəbəkədə Tusku sərt tənqid edib

Macarıstanın Baş naziri Viktor Orban Polşa Baş naziri Donald Tusku sərt şəkildə tənqid edib.

APA xəbər verir ki, Orban "X" hesabında bildirib ki, Tuskun Macarıstana qarşı ittihamları əslində onun “uğursuz hərbi siyasətindən diqqəti yayındırmaq cəhdidir” və Polşa hökumət başçısı “öz ölkəsində ciddi problemlərlə üzləşib”.

“Onun partiyası seçkilərdə uduzub, hökuməti qeyri-sabit vəziyyətdədir və özü də siyasi arenada mövqeyini itirir. O, Avropanın ən səs-küylü hərbi ritorikalı siyasətçilərindən birinə çevrilib, amma onun hərbi siyasəti iflasa uğrayır. İndi kursu dəyişə bilmir, çünki Polşanı Brüsselin vassalına çevirib,” - Orban qeyd edib.

Seçilən
23
5
apa.az

6Mənbələr