AZ

“Çelsi” “Qarabağ”la oyundan əvvəl London derbisində qələbə qazanıb

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 1 noyabr, AZƏRTAC

İngiltərə Premyer Liqasında X turun mərkəzi görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibi "Çelsi" səfərdə "Tottenhem"lə qarşılaşıb. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu Joao Pedro vurub.

Hazırda hər iki komandanın 17 xalı var. "Tottenhem" 3-cü, "Çelsi" isə 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
11
azertag.az

10Mənbələr