AZ

Növbəti iki il ərzində ərzaq qiymətləri sabit qalacaq - PROQNOZ

BAKI, 30 oktyabr. TELEQRAF

2025-ci ildə ərzaq qiymətləri indeksinin 6% azalacağı, 2026 və 2027-ci illərdə isə sabit qalacağı proqnozlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında qeyd edilib.

Məlumata görə, bütün əsas qida məhsullarının – taxıl, yağ və yem, həmçinin digər ərzaq məhsullarının illik qiymətləri əvvəlki ilin səviyyəsindən 1-2% fərqlənəcək.

Qlobal taxıl tədarükünün 2025–2026-cı illərdə uzunmüddətli artım tendensiyasına qayıdacağı gözlənilir. Yüksək məhsuldarlıqdan və ixrac məhdudiyyətlərinin yumşaldılmasından sonra 2025-ci ildə düyünün qiymətindəki 31% ucuzlaşma 2026-cı il üçün də xarakterik olacaq. Düyünün dəyəri2026-cı ildə daha 1% azalacaq, 2027-ci ildə isə 2% artacaq.

Buğdanın qiymətinin 2025-ci ildə 7% enəcəyi, 2026 və 2027-ci illərdən isə 4% artacağı gözlənilir.

Seçilən
35
1
teleqraf.com

2Mənbələr