AZ

Maduro Rusiya, İran və Çindən hərbi yardım istəyib

BAKI, 1 noyabr. TELEQRAF

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-nin Karib hövzəsində artan hərbi mövcudluğu kontekstində Vladimir Putinə, o cümlədən İran və Çinə hərbi yardım üçün müraciət edib.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Məlumata görə, Maduro Venesuelanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, o cümlədən 14 raket sisteminin tədarükü və daha əvvəl Karakasın aldığı Rusiya istehsalı olan bir neçə Su-30MK2 döyüş təyyarəsinin təmiri ilə bağlı yardım istəyib. O, həmçinin səkkiz mühərrikin və beş radarın təmirini, eləcə də dəqiqləşdirilməmiş “logistik dəstək” tələb edib.

Sənədlərdə deyilir ki, Maduronun yazılı müraciəti oktyabrın ortalarında Moskvaya səfəri zamanı Venesuelanın nəqliyyat naziri Ramon Selestino Velaskes tərəfindən Putinə çatdırılıb və o, rusiyalı həmkarı ilə görüşüb. Məktubda Su-30 qırıcılarının “müharibə təhlükəsi qarşısında Venesuela milli hökuməti üçün ən vacib çəkindirici vasitə” olduğu bildirilir. Venesuela lideri həmçinin Rusiyanın dövlət müdafiə konqlomeratı Rostec vasitəsilə “orta müddətli, üç illik maliyyələşdirmə proqramı” tələb edib, lakin məbləğ dəqiqləşdirilməyib.

Nəşr yazır ki, Rusiyanın sorğuya cavab verib-vermədiyi məlum deyil.

Seçilən
41
teleqraf.com

1Mənbələr