AZ

“Liverpul” Mintey üçün hərəkətə keçdi

İngiltərə nəhəngi “Liverpul” mövsümün sonunda “Brayton”un gənc vingeri Yakuba Minteyi heyətinə qatmaq niyyətindədir. 

Fanat.Az xəbər verir ki, “365 Scores” nəşrinin məlumatına görə, “Brayton” rəhbərliyi 21 yaşlı ulduz üçün 100 milyon avro tələb edib. Bu məbləğ “Liverpul” rəhbərliyi üçün hazırda olduqca yüksək hesab edilir və klub danışıqlar prosesində gözləmə mövqeyi tutub.

Yakuba Mintey bu mövsüm “Brayton”da parlaq çıxışı ilə diqqət çəkib. Onun sürəti, texniki bacarığı və bir-birinə qarşı oyunlarda effektivliyi Premyer Liqanın bir çox klubunun marağına səbəb olub. “Liverpul” isə onu gələcək üçün potensial əsas hücum silahı kimi görür.

Kamil Xudiyev

Seçilən
2
1
fanat.az

2Mənbələr