AZ

Bakıda Böyük Misir Muzeyinin açılış mərasiminin canlı yayımı təşkil olunub

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 1 noyabr, AZƏRTAC

Böyük Misir Muzeyinin Qahirədə keçirilən təntənəli açılış mərasiminin Bakıda canlı yayımı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbir Misirin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə gerçəkləşib.

Misirin Azərbaycandakı səfiri Houssam-Eldine Reda tədbirdə çıxış edərək bildirib ki, Böyük Misir Muzeyi təkcə ölkəsinin deyil, bütün bəşəriyyətin mədəni irsinin əks olunduğu möhtəşəm layihədir: “Bu muzey tarix üçün bir inci, insanlığa bəxş etdiyi töhfə baxımından əsl xəzinədir. Biz istədik ki, izləyicilər bu hadisəni xəbərlərdən deyil, Misirdəki tamaşaçılarla eyni anda, birbaşa izləsinlər”.

Sonra Böyük Misir Muzeyinin açılış mərasiminin Qahirədən canlı yayımı təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
azertag.az

1Mənbələr