AZ

İvan Timoçka: “Ukraynalı qadınlar kişilərlə bərabər hərbi işlərdə təlim keçməlidirlər”

Ukraynalı qadınlar kişilərlə bərabər hərbi işlərdə təlim keçməlidirlər. 

NOCOMMENT.az UNİAN-a istinadən xəbər verir ki, bu fikri Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Ehtiyatlar Şurasının (AFU) rəhbəri İvan Timoçko deyib.

O vurğulayıb ki, bütün vətəndaşlar, o cümlədən qadınlar hərbi təlim keçməlidir. Timoçkonun sözlərinə görə, bu, “təcavüzdən təhlükəsizliyin ən yaxşı təminatı” olacaq.

O, həmçinin qeyd edib ki, hərbi nizamnamələr əsgərlər arasında cinsiyyətə görə fərq qoymur.

Timoçko bundan əvvəl də oxşar bəyanatlar vermişdi. O, qadınları kişilərin arxasında gizlənməkdənsə, orduda xidmət etməyə çağırıb. Timoçko hesab edir ki, ukraynalı qadınlar cəbhəyə nə qədər könüllü gəlsələr, hərbi xidmətə çağırışlar da bir o qədər az olacaq.

Seçilən
34
nocomment.az

1Mənbələr