AZ

Türkiyə Superliqası: “Qalatasaray” – “Trabzonspor” oyununda qalib müəyyənləşməyib

Bakı, 1 noyabr, AZƏRTAC

Futbol üzrə Türkiyə Superliqasında XI turun oyunları keçirilir.

AZƏRTAC xəbər verir ki, turun prinsipial matçında "Qalatasaray" öz meydanında "Trabzonspor"u qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra İstanbul klubu 29 xalla 1-ci, Trabzon təmsilçisi isə 24 xalla 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, XI turun mərkəzi görüşü noyabrın 2-də "Beşiktaş"la "Fənərbağça" arasında keçiriləcək.

Seçilən
18
10
azertag.az

10Mənbələr