AZ

Mirzoyanın xanımı Azərbaycan və Ermənistan arasında kommunikasiya xətlərinin açılması üzrə komissiyada YER ALACAQ

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla kommunikasiya xətlərinin açılması üzrə komissiyanın yenilənmiş tərkibini təsdiqləyib. Ajans.az "news.am" saytına istinadən xəbər verir ki, komissiyaya Baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edir. Onun üzvləri arasında xarici işlər nazirinin müavini Vahan Kostanyan, xarici işlər naziri Ararat Mirzoyanın həyat yoldaşı Qohar Abajyan və bir neçə rəsmi şəxs var.

Qeyd edək ki, Qohar Abajyan bu yaxınlarda Enterprise Armenia ("İnvestisiyaların Dəstək Mərkəzi" Fondu) şirkətinin direktoru təyin edilib.

Seçilən
51
Ajans.az

1Mənbələr