AZ

Moskvadan deportasiya edilən miqrantların sayı açıqlandı

Moskvada immiqrasiya qanunlarını pozduqlarına görə 2700 əcnəbi deportasiya ediləcək.

"Ölkə.az" xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Vladimir Vasenin açıqlayıb.

O bildirib ki, Moskva vilayətində isə oxşar pozuntulara görə tezliklə 4300 əcnəbi deportasiya ediləcək.

Vasenin deyib ki, 2700 əcnəbi vətəndaşın Rusiya Federasiyasından inzibati qaydada deportasiyası barədə qərar qəbul edilib, onlardan 1300-dən çoxu müvəqqəti saxlama mərkəzlərinə yerləşdirilib.

6000 əcnəbinin Rusiyaya girişi qadağan edilib.

Moskvada 12.000-dən çox immiqrasiya qanun pozuntusu aşkar edilib: giriş və çıxış qaydalarını pozduqlarına görə 8.300-dən çox əcnəbi, yaşayış qaydalarına əməl etmədiklərinə görə isə 1.300 əcnəbi məsuliyyətə cəlb edilib.

Elvin

Ölkə.az

Seçilən
25
1
olke.az

2Mənbələr