AZ

Çexiyanın Polşa ilə sərhədində 110 partlamamış artilleriya mərmisi tapılıb

BAKI, 1 noyabr. TELEQRAF

Çexiyanın partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə polis əməkdaşları iki gün ərzində Polşa ilə sərhəd keçid məntəqəsi yaxınlığında işləyiblər.

Teleqraf xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Mina təmizləyənlər 100-dən çox sursat tapıblar. Tapıntının İkinci Dünya müharibəsi hadisələri ilə əlaqəli olduğu ehtimal edilir.

Bildirilir ki, ümumilikdə 105 millimetrlik 110 artilleriya mərmisi, 75 millimetrlik 13 mərmi və üç patron aşkar edilib.

Seçilən
47
teleqraf.com

1Mənbələr