AZ

Professor: Auqsburqdakı konfrans Almaniyadakı həkimlərimiz arasında əlaqələrin gücləndirilməsi baxımından çox əhəmiyyətlidir

Auqsburq, 1 noyabr, AZƏRTAC

Almaniyadakı Azərbaycanlı Tibb İşçiləri Birliyinin bugünkü konfransı bir sıra aktual məsələlərə həsr olunub. Belə mühüm konfransın yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara və iştirakçılara minnətdaram.

Bu barədə Almaniyanın İdar-Oberştayn xəstəxanasının Kardiologiya klinikasının direktoru professor Natiq Həsənov Almaniyadakı Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD) Auqsburq şəhərində keçirilən yubiley konfransı ilə bağlı AZƏRTAC-a müsahibəsində bildirib.

Otuz üç ilə yaxındır Almaniyada çalışdığını vurğulayan Natiq Həsənov deyib: “Mən 1990-cı illərin Əvvəlində təhsil almaq üçün Almaniyaya gəldikdə burada nəinki Azərbaycandan, ümumiyyətlə keçmiş Sovet İttifaqından demək olar ki, heç kim yox idi. Bu gün isə Almaniyada kifayət qədər həkimlərimiz fəaliyyət göstərir. Bugünkü konfrans da məhz Almaniyadakı azərbaycanlı həkimlərimizin bir-birini tanımaları, onların arasında əlaqələrin gücləndirilməsi baxımından çox əhəmiyyətlidir”.

Konfransın gündəmində süni intellektin tibbdə tətbiqi kimi mühüm mövzuya toxunulmasını xüsusi vurğulayan professor qeyd edib: “Süni intellekt hazırda nəinki Almaniyada, bütün dünyada tibb ilə yanaşı, digər sahələrin də inkişafında mühüm tutur. Belə bir aktual mövzunun bu konfransda da əksini tapması çox vacibdir”.

 
Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Auqsburq

Seçilən
39
1
azertag.az

2Mənbələr