AZ

Şəmkirdə 5 mərtəbəli binada yanğın olub

Şəmkirdə 5 mərtəbəli yaşayış binasında yanğın olub. 

"Unikal"ın məlumatına görə, hadisə Şəmkir şəhəri ərazisində yerləşən beşmərtəbəli yaşayış binasının zirzəmisində baş verib. Belə ki, zirzəmidə anidən yanğın olub. Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.Yanğın söndürülüb, zirzəmisin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan və zəhərlənən olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
46
1
unikal.az

2Mənbələr