AZ

​Siqareti atdı, yığdığı pulla Ümrə ziyarətinə getdi

İbrahim Dəyərli sıravi vətəndaş olsa da, Türkiyədə hamı onu tanıyır. 15 il əvvəl siqaretdən imtina edəndən sonra İbrahimin həyatında yeni dövr başlayıb. Metbuat.az xəbər verir ki, İbrahim Dəyərli Sakaryanın Adabazarı rayonunda yaşayır. 45 yaşı var. O, 30 yaşında siqareti atıb. İbrahim o vaxtdan bəri siqaretə verdiyi pulu yığır. O, həmin pulla bir neçə gün əvvəl Ümrə ziyarətinə gedib.

İbrahim motosiklet həvəskarıdır. Dediyinə görə, siqaret çəkməyib qənaət etdiyi vəsait ona həm də bir neçə ölkəni gəzməyə bəs edib. İbrahim Dəyərli motosikletlə bu günə kimi 250 min kilometr məsafə qət edib.

Seçilən
60
1
metbuat.az

2Mənbələr