ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Türkiyə ilə İsrail arasında müharibə olmayacaq.
Demokrat.az "Haber Global"a istinadən xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Bəhreynin paytaxtı Manamada təşkil olunan Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun forumunda çıxışında deyib.
"Məncə, bu, olmayacaq", - o bildirib.
Diplomat, həmçinin söyləyib ki, Türkiyə olmasa idi Qəzzada atəşkəs əldə olunmazdı: "ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana dörd dəfə təşəkkür edib".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.