AZ

Suriya lideri Rusiyadan sonra ABŞ-a GEDİR

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraanın Vaşinqtona səfəri gözlənilir.

Publika.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak məlumat verib.

Barak jurnalistlərə bildirib ki, Suriya Bəhreyndə keçirilən qlobal təhlükəsizlik və geosiyasətə həsr olunmuş illik “Manama Dialoqu” konfransının kuluarlarında ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı koalisiyaya qoşulmağa ümid edir.

Xatırladaq ki, oktyabrın ortalarında Əl-Şaraa Moskvaya səfər edib və orada Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb.

Seçilən
14
publika.az

1Mənbələr