AZ

Trampın nümayəndəsi Türkiyənin HƏMAS la əlaqələrinin əhəmiyyətindən danışdı

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyənin HƏMAS adlı terror təşkilatı ilə əlaqələri Qəzzada atəşkəs rejiminin əldə olunmasında mühüm rol oynayıb.

Bizimyol.info xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi və ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Bəhreynə rəsmi səfəri zamanı səsləndirib.

Onun sözlərinə görə, məhz Ankaranın HƏMAS-la əlaqələri və Türkiyə hökumətinin bu təşkilatı terrorçu kimi tanımaqdan imtinası, HƏMAS-ı Trampın sülh planı çərçivəsində atəşkəslə razılaşmağa razı salan əsas amillərdən biri olub.

Barrak əlavə edib ki, İsrail Baş nazir Benyamin Netanyahu ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında gərgin münasibətlər səbəbindən, İsrail Türkiyənin Qəzzada sabitləşdirmə qüvvələrində iştirakına ehtiyatla yanaşır. “Onların bir-birini ekspansionist niyyətlərdə ittiham etməsi reallığı əks etdirmir”, – deyə Barrak vurğulayıb.

Trampın xüsusi nümayəndəsi həmçinin istisna etməyib ki, Qəzza üzrə danışıqlarda irəliləyiş əldə olunduğu təqdirdə, İsrail və Türkiyə arasında ticarət sazişi imzalana bilər.

Barrakın bu bəyanatı, Türkiyənin xarici işlər naziri Hakan Fidanın İstanbulda HƏMAS-ın siyasi bürosunun üzvləri, o cümlədən Xalil əl-Hayyə ilə görüşündən sonra səslənib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
66
bizimyol.info

1Mənbələr