AZ

Ukraynada səfərbərlikdən möhlət hüququ: Şmıqal yeni qaydaların detallarını açıqlayıb

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

1 noyabrdan Ukraynada səfərbərlikdən möhlət (təxirəsalma) sistemində yeni qaydalar qüvvəyə minib. Artıq inzibati xidmət mərkəzləri (İXM) hərbi xidmətə çağırış yaşında olan şəxslərdən sənədləri qəbul etməyə başlayıblar.

Bizimyol.info xəbər verir ki, Ukraynanın müdafiə naziri Denis Şmıqal sosial şəbəkədəki paylaşımında bildirib ki, yenilənmiş sistemin məqsədi prosesi daha şəffaf, rahat və sürətli etməkdir.

“Artıq 720 mindən çox möhlət heç bir əlavə sənəd tələb olunmadan avtomatik uzadılıb, çünki bütün məlumatlar dövlət reyestrlərində mövcuddur,” - deyə Şmıqal qeyd edib.

Nazirin sözlərinə görə, müraciətlərin 80 faizdən çoxu artıq “Rezerv+” mobil tətbiqi vasitəsilə göndərilir - yəni arayışsız və şəxsi müraciət olmadan. “Kağız daşıyıcıda sənəd təqdim edənlər isə artıq hərbi komissarlıqlara deyil, birbaşa inzibati xidmət mərkəzlərinə müraciət edirlər. Təkcə bu gün İXM-lər təxminən 4 min müraciət qəbul edib,” – deyə o bildirib.

Şmıqal vətəndaşlara möhlət üçün “Rezerv+” platformasından istifadə etməyi tövsiyə edib, çünki bu üsul “daha rahat və effektiv” hesab olunur. “Biz prosesi şəffaflaşdırır, insan amilini və sui-istifadə risklərini aradan qaldırır, həmçinin hərbi komissarlıqları əsas vəzifələrinə - səfərbərlik işlərinin təminatına - yönəldirik”, - deyə nazir vurğulayıb.

Ukrayna mətbuatının veriyi məlumata görə, yeni qaydalar çərçivəsində vətəndaşlar yalnız o halda inzibati xidmət mərkəzinə müraciət etməlidirlər ki, möhlət avtomatik uzadılmayıb və ya yeni əsaslar yaranıb.

Məsələn, ailədə üçüncü uşağın doğulması və ya digər sosial vəziyyət dəyişiklikləri yeni möhlət almaq üçün əsas hesab ediləcək.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
bizimyol.info

1Mənbələr