AZ

Samir Abasov: Yalnız Abubakara fokuslanmaq digər oyunçulara haqsızlıq olar

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Misli Premyer Liqasının 10-cu turunda "Kəpəz"ə 5:1 hesabı ilə qalib gələn "Neftçi"nin baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Oxu.Az xəbər verir ki, baş məşqçi komandalarının böyükhesablı qələbəsindən danışıb:

"Bu mövsümdə ən rahat qələbəmizi qazandıq. Bu gün komandamız həqiqətən çox istəkli oynadı. Lakin Abubakarın komandaya təsiri böyük olsa da, biz hər zaman istəkli oyun sərgiləyirik. Hətta bəzi oyunlarda bu gün göstərdiyimizdən daha yaxşı çıxış etmişik. Ancaq bugün yalnız bir futbolçuya fokuslanmaq digər oyunçulara haqsızlıq olar".

Üç ardıcıl qələbənin ardından, qarşıdakı derbi ilə bağlı fikirlərini bölüşən Abasov "Qarabağ"ın müdafiəsində heç bir boşluq olmadığını və həmişə yaxşı oyun göstərdiklərini vurğulayıb:

"Qarabağ"da heç bir boşluq yoxdur. Həmişə güclü oyun sərgiləyirlər. "Çelsi" ilə oyunda onlara uğurlar arzulayırıq və ümid edirik ki, qələbə qazanacaqlar. Bizim derbi barədə fikirlərimizə gəldikdə isə, düşünürəm ki, çox maraqlı olacaq. Hər iki komanda bu matça layiq oyun göstərəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
oxu.az

1Mənbələr