Bakı. Trend:
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Moldovanın paytaxtıKişinyovda keçirilən U-23 Avropa çempionatında qızıl medalqazanıb.
Trend xəbər verirki, idmançımız final görüşündə Polşa təmsilçisi Yakub Sordiliməğlub edərək Avropa çempionu tituluna yiyələnib.
Digər finalçımız Ömər Rəcəbli (81 kq) isə italiyalı ManuelParlatiyə uduzaraq gümüş medal qazanıb.
Təmsilçilərimizdən Vüqar Talıbov və Aslan Kotsoyev (90 kq)üçüncü yer uğrunda qarşılaşıblar. Bu görüşdə Kotsoyev qalib gələrəkbürünc medalın sahibi olub.
Qeyd edək ki, yarışın əvvəlki günündə Azərbaycan cüdoçusu İslamRəhimov (66 kq) da Avropa çempionu adını qazanmışdı.