AZ

Aşıq sənətinin yeniyetmə və gənclərə öyrədilməsi dərsləri davam edir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi tərəfindən həyata keçirilən "Aşıq sənətinin yeniyetmə və gənclər arasında təbliği" adlı layihə çərçivəsində növbəti doqquzuncu dərs 18 oktyabr tarixində Bakı şəhərində, “Aşıq Ədalət Nəsibov” adına Musiqi Tədris Mərkəzinin ofisində baş tutub.

Tədbiri açan “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin sədri, layihənin rəhbəri, şairə Pərvanə Mustafayeva iştirakçıları salamlayaraq bildirdi ki, əziz uşaqlar hər birinizdə olan istedad özünü göstərməkdədir. Sizlərin dərs zamanı göstərdiyiniz fəallıq və evə verilən tapşırıqları yüksək səviyyədə öyrənməyiniz ondan xəbər verir ki, siz aşıq sənətində öz imzanızı qoyacaqsınız. Sizlərin bu sənətə gəlməyinizdə azacıqda olsa payımızın olmasından çox şadam. İctimai Birlik olaraq bu layihə başa çatdıqdan sonra da biz sizin fərdi inkişafınıza öz dəstəyimizi əsirgəməyəcəyik. Aranızda olan istedalı ifaçıları təşkil etdiyimiz konsert proqramlarına cəlb etməklə tanınmanıza dəstək olacayıq. Ona görədə sizlərə tövsiyəm öz üzərinizdə işləmək, verilən tapşırıqları məsuliyyətlə yerinə yetirməkdir.

Daha sonra söz Aşıq Ədalət Nəsibov adına Musiqi Tədris Mərkəzinin əməkdaşı, aşıq Cavanşir Quliyevə verilib. Aşıq Cavanşir əvvəlki dərslərdə öyrənilən mövzulara qısa xatırlatma etdikdən sonra yeni dərs mövzusunu izah edib, iştirakçılara öz bacarıq və istedadlarını nümayiş etdirmək imkanı yaradıb.

Dərs yeniyetmə və gənclərin fəal iştirakı ilə keçib, tədris prosesi interaktiv və yaradıcı mühitdə davam etdirilib.

Tədbirin sonunda Pərvanə Mustafayeva Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə bir daha təşəkkürünü bildirərək qeyd edib ki, bu layihə qədim və zəngin milli irsimiz olan aşıq sənətinin yaşadılması istiqamətində dövlətlə vətəndaş cəmiyyətinin əməkdaşlığının parlaq nümunəsidir.

Qeyd edək ki, 3 ay müddətinə nəzərdə tutulan layihə çərçivəsində 8 nəfər yeniyetmə və gənc üçün ümumilikdə 10 praktiki aşıq dərsi keçiriləcək.

Seçilən
4
2
turkustan.az

10Mənbələr