AZ

Fransada Luvr muzeyinin qarət olunması ilə bağlı daha bir nəfər ittiham olunub

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paris məhkəməsi paytaxtın La-Kurnyov qəsəbəsində (Sena-Sen-Deni departamenti) yaşayan 38 yaşlı qadını Luvr muzeyinin qarət edilməsi ilə bağlı ittiham edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Agence France-Presse" mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, qadın bu iş üzrə altıncı təqsirləndirilən şəxs olub. Prokurorluq onun həbsini tələb edir.

Bu iş üzrə ümumilikdə yeddi nəfər saxlanılıb, onlardan biri dindirmədən sonra azad edilib.

Xatırladaq ki, oktyabrın 25-də qarətlə bağlı iki şübhəli şəxs saxlanılıb, onlardan biri Əlcəzairə uçmağa çalışıb. Dindirmə zamanı onlar soyğunda iştirakını qismən etiraf ediblər. Oktyabrın 29-da onlara cinayətkar qrup tərkibində soyğun törətməkdə ittiham irəli sürülüb və həbs ediliblər. Prokuror bildirib ki, müşahidə kameraları muzeyi qarət edən dörd nəfəri qeydə alıb, lakin iştirakçıların sayının daha çox ola biləcəyini istisna etməyib. Oktyabrın 30-da soyğunla bağlı daha beş nəfərin saxlanıldığı bildirilib. Bu işin araşdırılması ilə 100-dən çox müstəntiq məşğul olur, lakin oğurlanmış əşyaların izi hələ tapılmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
oxu.az

1Mənbələr