AZ

Suriya prezidenti Vaşinqtona gedir Trampla görüşəcək

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Suriya prezidenti Əhməd əş-Şara Vaşinqtona rəsmi səfər edəcək.

Globalinfo.az bildirir ki, bu məlumatı ABŞ-ın xüsusi elçisi Tom Barak Bəhreyndə keçirilən mətbuat konfransında təsdiqləyib.

Onun sözlərinə görə, ABŞ Suriyanın İŞİD terror təşkilatına qarşı mübarizə aparan koalisiyaya qoşulacağına ümid bəsləyir.

“Axios” portalının məlumatına görə, Suriya prezidenti əş-Şara Trampla 10 noyabrda Ağ Evdə görüşəcək. Bu səfərdən sonra ABŞ-ın vasitəçiliyi ilə İsrail və Suriya arasında birbaşa danışıqların beşinci raundunun başlanacağı gözlənilir. Vaşinqtonun əsas məqsədi bu ilin sonuna qədər iki ölkə arasında təhlükəsizlik razılaşmasına nail olmaqdır.

Xatırladaq ki, sentyabr ayında Əhməd əş-Şara BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfər edib. Bu, təxminən 60 ildən sonra Suriya liderinin qatıldığı ilk tədbir olub.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
globalinfo.az

1Mənbələr