AZ

Saratov sakini azərbaycanlıya görə 100 min CƏRİMƏLƏNDİ - ŞOK SƏBƏB

Rusiyanın Saratov şəhərində yaşayan qadın Azərbaycan vətəndaşını evində qeydiyyata aldığı üçün cərimələnib.

Musavat.com xəbər verir ki, Saratov sakini Rusiya Cinayət Məcəlləsinin 322.2-ci maddəsi (əcnəbinin saxta qeydiyyatı) ilə məhkum olunub və 100 min rubl (təxminən 2 115 manat) cərimə edilib.

Hadisə 2024-cü ilin sentyabr ayında baş verib. Qadın Azərbaycan vətəndaşını evində qeydiyyata alıb, lakin əslində həmin şəxs onunla yaşamayıb. Saxta qeydiyyat yalnız 2025-ci ilin oktyabr ayında aşkarlanıb.

Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr