AZ

“Araz-Naxçıvan” Çempionlar Liqasının pley-off mərhələsində

Azərbaycan çempionu “Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, Naxçıvan təmsilçisi 7-ci qrupun son turunda Niderland klubu “Tigers Roermond”u 3:2 hesabı ilə məğlub edib.

Bu nəticə ilə Yevgeni Kukseviçin komandası 7 xal toplayaraq qrup lideri kimi növbəti mərhələyə adlayıb.

“Araz-Naxçıvan” turnirdə ilk matçında Rumıniya təmsilçisi “United Qalati”ni 2:1 hesabı ilə yenib, ikinci görüşdə isə “Differdanje 03” (Lüksemburq) ilə 2:2 hesablı heç-heçə edib.

Seçilən
32
5
90deqiqe.az

3Mənbələr