Bakı. Trend:
Bəzi ölkələrdə süni intellekt (Sİ) əsaslı Grok çatbotununfəaliyyəti dayanıb.
Trend xəbər verirki, bunu Downdetector portalının məlumatları göstərir.
Ən çox şikayətlər ABŞ-dəki istifadəçilərdən daxil olub –1400-dən çox. Onların 63 faizi mobil tətbiqlərin, 36 faizi isə vebversiyanın işləmədiyini bildirib.
Grok çatbotunun fəaliyyətində oxşar nasazlıqlar Avstraliya,Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya və digər ölkələrdə dəmüşahidə olunub.