AZ

NATO Rusiya təhdidinə qarşı 4400 səhifəlik PLAN HAZIRLADI

NATO Alyans üzvləri üçün Rusiya təhlükəsinə qarşı genişmiqyaslı müdafiə planı hazırlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın "Welt" nəşri məlumat yayıb.

Nəşr bildirir ki, 4400 səhifədən ibarət plan şərq cinahına diqqət yetirməyi nəzərdə tutur.

“Şərq cinahında məhdudlaşdırma xətti konsepsiyası” adlı sənəd Müttəfiq Quru Qoşunlarının Ali Qərargahının rəhbərliyi altında, NATO-nun bütün 32 üzvünün iştirakı ilə hazırlanıb.

Plan çərçivəsində NATO-nun şərq sərhədlərinin qorunması üçün hərtərəfli tədbirlər nəzərdə tutulur. Bu tədbirlər arasında döyüş bölmələrinin gücləndirilməsi, ağır texnikanın strateji mövqelərə yenidən yerləşdirilməsi, həmçinin dronların istifadəsi var. Həmçinin müttəfiqlər arasında koordinasiya və məlumat mübadiləsinin təkmilləşdirilməsi planın ayrı bir önəmli hissəsini təşkil edir.

Təqaüddə olan yüksək rütbəli NATO generallarından biri "Welt" nəşrinə bildirib ki, Rusiya artıq NATO ilə toqquşmaya hazırlaşmaq üçün “sıfır mərhələ” vəziyyətindədir.

Keçmiş general vurğulayıb ki, NATO, xüsusilə Baltikyanı ölkələr üçün ən böyük təhlükə Ukraynadakı müharibənin bitməsindən sonra ortaya çıxacaq. Kreml resurslarını şimala yönəldərək işğala başlaya bilər. Eyni zamanda, ekspertlər və analitiklər qeyd edir ki, hazırda Rusiya ilə NATO arasında tammiqyaslı müharibə yoxdur.

Musavat.com

Seçilən
14
3
musavat.com

4Mənbələr