AZ

“Mançester Yunayted” “Nottingem Forest”in futbolçusu ilə maraqlanır

“Nottingem Forest”in gənc yarımmüdafiəçisi Elliot Anderson “Mançester Yunayted”in transfer siyahısına daxil edilib.

Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” qış transfer pəncərəsində 22 yaşlı futbolçunu heyətinə qatmağa çalışacaq.

“Nottingem Forest” Andersonun satışına yalnız 80 milyon avro qarşılığında razılıq verməyə hazırdır. İngiltərə klubu futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.

Cari mövsümdə Anderson Premyer Liqada 12 oyunda meydana çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb. Transfermarkt portalı onun bazar dəyərini 45 milyon avro olaraq qiymətləndirib.

“Qalatasaray” - “Trabzonspor” matçı bu kanalda - TV AFİŞA

Hacıosmanoğlu: “Hakimlərlə başladıq, indi sıra futbolçulardadır”

Türkiyə Super Liqasında XI tura start verilib

La Liqada ayın ən yaxşı futbolçusu bəlli olub

“Fənərbaxça”nın futbolçusu karyerasını İspaniyada davam etdirə bilər

Seçilən
25
1
apasport.az

2Mənbələr