Fərqli tərzi ilə seçilən müğənni Gülşən bu dəfə səhnədəki davranışı ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, tamaşaçıların səhnəyə pul atmasına əsəbiləşən Gülşən vəziyyəti anlayışla qarşılamağa çalışsa da, üzərində Atatürkün təsviri olan bir əşyanın atıldığını görəndə sərt reaksiya göstərib.
“Üzərində Atatürkün şəkli olan bir şeyi necə ata bilərsiniz? Bilirəm, bəzən insan coşur, əylənərkən bir az özündən gedir. Amma hər şeyin həddi var. Əylənmək də mədəniyyət daxilində olmalıdır”, - deyə müğənni tamaşaçılara səslənib.
Video qısa müddətdə minlərlə baxış toplayaraq müzakirələrə səbəb olub.
Musavat.com