AZ

Sırski:Pokrovsk bizim nəzarətimizdədir

Ukrayna Baş Qərargah rəisi Oleksandr Sirski toqquşmaların davam etdiyi Pokrovsk şəhərinin Ukraynanın nəzarəti altında olduğunu bəyan edib.

Turkustan.az xəbər verir ki, Ukrayna Baş Qərargah rəisi Oleksandr Sirskiy Donetsk vilayətinin Pokrovsk şəhərini nəzarətdə saxlamağa davam etdiklərini bildirib.

Sirskiy Telegram hesabında yazdığı yazıda Rusiya-Ukrayna müharibəsi çərçivəsində ən şiddətli qarşıdurmaların yaşandığı Donetsk bölgəsindəki son hadisələri dəyərləndirib.

Sözügedən bölgədə cəbhə xəttində yoxlamalar apardığını deyən Sirski cəbhədə "ən ağır vəziyyətin" Pokrovsk şəhəri istiqamətində olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
39
1
turkustan.az

2Mənbələr