AZ

Ağ Evin bal zalının gizli sponsorları 

Ağ Ev yeni bal salonunun tikintisini maliyyələşdirən bəzi donorlar haqqında məlumatları gizlədib.

Musavat.com xəbər verir ki, məlumatı "The New York Times" (NYT) qəzeti yayıb.

Nəşr aşkar edib ki, şəffaflıq təminatlarına baxmayaraq, ABŞ administrasiyası əvvəllər dərc edilmiş 30-dan çox qurum və fərdin siyahısında bəzi sponsorları qeyd etməyib. Açıqlanan siyahıya "Amazon", "Apple", "Google", "Lockheed Martin", "Meta Microsoft" və "Palantir Technologies" kimi böyük şirkətlər daxildir. Lakin orada investisiya şirkəti "Blackrock", bir neçə sığorta şirkəti, milyarder Ceff Yass və ABŞ-Çin ticarət müqaviləsindən faydalanmağa ümid edən mikroçip istehsalçısı "Nvidia" qeyd edilmir.

Ağ Ev izah edib ki, kimsə anonim qalmağı seçərsə, onun ianəsi məxfi saxlanılacaq.

Məlumata görə, şirkət rəhbərləri bal zalının tikintisi üçün vəsait ayırmaqla ABŞ prezidenti Donald Trampın rəğbətini qazanmağa və onun administrasiyasının dəstəyini təmin etməyə çalışırlar ki, bu da etika mütəxəssisləri arasında ciddi narahatlıq doğurur.

Yeni bal zalı 1902-ci ildə tikilmiş Ağ Evin Şərq Qanadının yaxınlığında yerləşəcək. Bina 650 nəfərə qədər yer tuta biləcək. Ağ Evdəki ən böyük otaq olan Şərq Otağında 200 nəfər yerləşə bilər. Əvvəllər bildirildiyi kimi, tikinti işlərinin Trampın prezidentlik müddətinin sonuna qədər başa çatması gözlənilir.

Musavat.com

Seçilən
38
musavat.com

1Mənbələr