AZ

Sırski Pokrovskdakı mövcud vəziyyət barədə: Heç bir mühasirə və ya işğal yoxdur

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski qeyd edir ki, rus işğalçıları Pokrovskı ələ keçirmək cəhdlərinin ən ağır bədəlini ödəyirlər. Lakin şəhər mühasirəyə alınmayıb və ya işğal edilməyib.

Bizimyol.info xəbər verir ki, onun sözlərinə görə, Ukrayna hərbçiləri çoxsaylı rus qüvvələrinin təzyiqinə baxmayaraq, müdafiəni saxlayır və düşmənin yaşayış ərazilərinə daxil olmasının qarşısını alır. “Düşmən Pokrovskda ən ağır itkiləri verir. Biz logistikanı və müdafiəni təmin etmək üçün bütün tədbirləri görürük”, – deyə Sırski qeyd edib.

Baş komandan vurğulayıb ki, hazırda Pokrovskda və ətrafında düşmən qüvvələrinin məhv edilməsi və geri çəkilməsi istiqamətində əməliyyatlar davam edir. Əsas yük Ukrayna ordusunun hücum bölmələri və pilotsuz aparat operatorlarının üzərinə düşür.

Sırski əlavə edib ki, şəhərin müdafiəsi əlavə bölmələr, texnika və PUA sistemləri ilə gücləndiriləcək. Eyni zamanda Ukrayna qüvvələri Dobropolski istiqamətində də işğaldan azad etmə əməliyyatlarını davam etdirir.

Məlumata görə, Pokrovsk yaxınlığında Ukrayna ordusu əks-hücuma keçib, rus qüvvələri isə şəhər daxilində gizlənərək möhkəmlənməyə çalışır. Son günlər düşmən bu istiqamətdə daha çox zirehli texnikadan istifadə etməyə başlayıb.

Qadir. Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
bizimyol.info

1Mənbələr