AZ

NATO Rusiyanın hücumuna qarşı müdafiə planı hazırlayıb

BAKI, 1 noyabr. TELEQRAF

NATO RusiyanınAlyans üzvlərinə qarşı mümkün hücumuna qarşı müdafiə planı hazırlayıb. 4400 səhifədən çox olan plan şərq cinahda cəmləşməyi tələb edir.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın "Welt" nəşri məlumat yayıb.

Sənəd “Şərq cinahında saxlama xəttinin konsepsiyası” adlanır. O, Müttəfiq Quru Qoşunlarının Ali Baş Komandanının rəhbərliyi altında 32 NATO üzvünün hamısının iştirakı ilə hazırlanıb.

Plan NATO-nun şərq cinahını qorumaq üçün bir sıra kompleks tədbirləri nəzərdə tutur. Konkret olaraq, bura döyüş hissələrinin gücləndirilməsi, ağır texnikanın yenidən yerləşdirilməsi, dronların və avtonom sistemlərin istifadəsi daxildir.

Ayrıca müttəfiqlər arasında təkmilləşdirilmiş koordinasiya və məlumat mübadiləsi xüsusi yer alıb.

NATO-nun istefada olan yüksək rütbəli generalı nəşrə bildirib ki, Rusiya rejimi artıq NATO ilə toqquşmaya “sıfır faza” və ya “sıfır hazırlıq” vəziyyətindədir. Ruslar öz hərbi qüvvələrini gücləndirir, kiberhücumlar həyata keçirir, dezinformasiya yayır və kəşfiyyat əməliyyatları aparır.

Keçmiş general qeyd edib ki, NATO-ya, xüsusən də Baltikyanı ölkələrə ən böyük hücum təhlükəsi Ukraynada müharibə başa çatdıqdan sonra mövcud olacaq. Kreml resursları şimala ötürə və işğala başlaya biləcək.

Eyni zamanda ekspertlər və analitiklər iddia edirlər ki, guya Rusiya ilə NATO arasında tammiqyaslı müharibə hazırda mövcud deyil.

Seçilən
24
1
teleqraf.com

2Mənbələr