ABŞ Prezidenti Donald Tramp golf klubuna yollanıb.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Prezident Donald Tramp cümə günü hökumətin fəaliyyətini dayandırmasının ilk tam ayını Demokratları günahlandırmaqla və Floridaya 3,4 milyon dollarlıq qolf səfərinə çıxmaqla qeyd etdi”, – "The Huffpost" yazıb.
Nəşr əlavə edib ki, Trampın yenidən prezident seçilməsindən sonra vergi ödəyicilərinin onun golf səfərlərinə xərclədiyi ümumi məbləğ artıq 60,7 milyon dollara çatıb.