Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Türkiyənin Qars, Ərzurum və İğdır vilayətlərində fəaliyyət göstərən jurnalistlər Azərbaycana səfər ediblər.
Gununsesi.info xəbər verir ki, Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi və Zəfər Günü münasibətilə Qarabağa yollanacaq media nümayəndələri Naxçıvanda olublar.
Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutan səfərin məqsədi işğaldan azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı quruculuq layihələrinin və böyük qayıdışın təntənəsinin canlı şahidi olmaq, bu tarixi qələbənin əhəmiyyətini geniş işıqlandırmaqdır.
Jurnalistlər səfər çərçivəsində Naxçıvan televiziyasında aparılan yenidənqurma işləri ilə tanış olub, ən son texnoloji yenilikləri məmnunluqla qarşılayıblar.
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.