İtaliya nəhəngi “Yuventus” son aylarda baş verən dəyişikliklər səbəbindən ciddi maliyyə itkisi ilə üzləşib. Klub, istefaya göndərilən baş məşqçilər Tiago Motta və İqor Tudora böyük məbləğdə təzminat ödəməli olacaq.
Fanat.Az xəbər verir ki, “Calcio Finanza” nəşrinin məlumatına görə, “Yuventus” rəhbərliyi hər iki mütəxəssisə ümumilikdə 27 milyon avro təzminat ödəyəcək.
Turin təmsilçisi rəhbərlikdə və texniki heyətdə islahat aparmaq qərarı alsa da, bu dəyişiklik klub büdcəsinə ciddi təsir göstərib. Xüsusilə Motta ilə müqavilənin vaxtından əvvəl pozulması “Yuventus”a milyonlarla avroya başa gəlib.
Qeyd edək ki, hazırda klubun sükanı arxasına Luçiano Spaletti gətirilib.
Kamil Xudiyev