BAKI, 1 noyabr. TELEQRAF
Noyabrın 1-dən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhədçiləri Ağrı dağının təsviri olmayan möhürlə çıxış və girişi təsdiqləməyə başlayıb.
Teleqraf xəbər verir ki, bununla bağlı Ermənistan sosial şəbəkələrində video və fotoları yayılıb.
Sosial şəbəkələrdə vətəndaşlar qeyd edirlər ki, möhürdə sadəcə olaraq təyyarənin təsviri və ingilis dilində “Zvartnots” yazısı – Yerevan Beynəlxalq Hava Limanının adı – həmçinin erməni və ingilis dillərində “Ermənistan” yazısı var.
Ermənistan hökuməti sentyabrın 11-də sərhəd möhürlərindən Ağrı dağının təsvirini silmək qərarına gəlib. Bu addım Türkiyənin Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın səfəri öncəsi atılıb.