AZ

Tramp bu ölkədə hakimiyyəti DƏYİŞİR - ABŞ ordusu ƏMƏLİYYATA HAZIRLAŞIR

"The Washington Post" ABŞ-ın Karib dənizində və Venesuela sahillərində hərbi qüvvələrini sürətlə artırdığını yazıb.

Musavat.com xəbər verir ki, analitiklərə görə, bu, ABŞ-ın regionda genişmiqyaslı əməliyyata hazırlaşdığına işarədir.

Nəşrin hesablamalarına əsasən, hazırda Karib hövzəsində təxminən 16 min ABŞ hərbçisi cəmləşib. Onların arasında 6 min dəniz piyadası, həmçinin Puerto-Rikoda yerləşdirilən F-35 qırıcılarının şəxsi heyəti də var.

"Bloomberg" yazır ki, Puerto-Rikodakı hava bazası uzun illər istifadəsiz qalsa da, bu ilin sentyabrında yenidən aktivləşdirilib və indi ABŞ-ın Karibdəki əsas döyüş qruplaşmasının mərkəzinə çevrilib. Həmin bazadan hazırda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmilərə qarşı zərbələr endirilir.

ABŞ donanmasının tərkibi və hərəkət planı

"The Washington Post" məlumatına görə, hazırda Karib dənizində:
• 1 ABŞ sualtı qayığı,
• 8 döyüş gəmisi və
• 1 xüsusi təyinatlı gəmi yerləşdirilib.

Bundan əlavə, USS Gerald R. Ford adlı nəhəng aviadaşıyanın gələn həftə bölgəyə daxil olacağı gözlənilir. Onunla birlikdə daha üç döyüş gəmisi və 4 mindən çox hərbçi gələcək.

ABŞ rəhbərliyi hələ ki, əməliyyatın məqsədi barədə rəsmi açıqlama verməyib. Prezident Donald Tramp dünən bəyan edib ki, “Venesuelaya qarşı mümkün hərbi zərbə ilə bağlı hələ qərar verməyib”.

Buna baxmayaraq, ekspertlər bildirirlər ki, bölgədəki ABŞ qüvvələrinin miqyası adi narkotiklərlə mübarizə əməliyyatından xeyli böyükdür.

Mənbələrə görə, USS Gerald R. Ford kimi strateji gəmilərin bölgəyə göndərilməsi Vaşinqtonun əməliyyat planını sürətləndirdiyini göstərir. Hərbi dairələrin proqnozuna əsasən, Trampın zərbə qərarı üçün təxminən bir ay vaxtı var - daha sonra aviadaşıyan digər bölgəyə yönəldilə bilər.

Analitiklər hesab edirlər ki, ABŞ-ın bu hərəkəti yalnız narkotik ticarəti ilə mübarizə deyil, həm də Tramp administrasiyasının Latın Amerikasında təsir dairəsini bərpa etmək cəhdi kimi qiymətləndirilir.

Musavat.com

Seçilən
36
50
musavat.com

10Mənbələr