AZ

Rusiyanın göstərişi ilə cinayət törədən 4 bolqar azadllqdan məhrum edildi – Parisdə

Paris Cəza Məhkəməsi cümə günü dörd Bolqarıstan vətəndaşını 2024-cü ildə Holokost abidəsini təhqir etməkdə ittiham edib.

NOCOMMENT.az “Le Monde” nəşrinə istinadən xəbər verir ki, məhkəmə bu təhqiramiz hərəkəti Rusiyanın müdaxilə əməliyyatı kimi səciyyələndirib.

2024-cü il mayın 13-dən 14-nə keçən gecə Holokost memorialında, həmçinin Parisin 4-cü və 5-ci dairələrindəki bir neçə binada “Qırmızı əllər” peyda olub. Bu rəmzin 2000-ci ildə Ramallahda iki İsrail əsgərinin qətliamına işarə olduğu güman edilir.

Cinayətdə təqsirli bilinən icracılar – bolqar Georgi Filipov və Kiril Miluşev 2 il, əməliyyatın təşkilatçıları hesab edilən Nikolay İvanov və Mirço Angelov isə müvafiq olaraq 4 və 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bu dörd şəxsin ömürlük Fransaya girişi qadağan edilib. Onlardan yalnız Angelov indiyədək azadlıqdadır.

Bolqarıstanın 4 vətəndaşı xarici dövlətin adından hərəkət etdikləri üçün mühakimə olunmayıb, çünki bu ağırlaşdırıcı hal yalnız bu insident baş verəndən sonra Fransa Cinayət Məcəlləsinə əlavə edilib.

Fransada belə məhkəmə prosesi ölkədə sabitliyi pozmaq məqsədi ilə xarici dövlətin – indiki halda Rusiyanın göstərişi ilə törədilən cinayətlərə görə ilk dəfə keçirilib.

Digər şübhəli hadisələr arasında Parisdəki binaların divarlarına Davud ulduzlarının çəkilməsi, Eyfel qülləsi yaxınlığında “Ukraynada öldürülən fransız əsgərlərinin” saxta tabutlarının nümayişi və Parisdəki məscidlərə donuz başlarının atılması olub.

Xatirə SADİQ

Seçilən
35
nocomment.az

1Mənbələr