AZ

"Borussiya Dortmund" Salih Özcanla bağlı qərarını verdi

Almaniya nəhəngi “Borussiya Dortmund” yarımmüdafiəçi Salih Özcanla bağlı gələcək planlarını müəyyənləşdirib. Klub rəhbərliyi futbolçu ilə yeni müqavilə imzalamaq niyyətində deyil.

Fanat.Az xəbər verir ki, “Sky Sports”un məlumatına görə, Dortmund rəhbərliyi 27 yaşlı yarımmüdafiəçinin qış transfer pəncərəsində klubdan ayrılmasına icazə verəcək.

Salih Özcan bu mövsüm “Borussiya Dortmund”un heyətində kifayət qədər oyun şansı qazana bilməyib və bu da onun gələcəyi ilə bağlı qərarın dəyişməsinə səbəb olub. Futbolçuya Türkiyə və İtaliya klublarından maraq olduğu bildirilir.

Türkiyə əsilli futbolçu 2022-ci ildə “Köln”dən “Borussiya Dortmund”a transfer olunmuşdu və Bundesliqada 90-dan çox oyuna çıxıb.

Kamil Xudiyev

Seçilən
14
3
fanat.az

4Mənbələr