AZ

Rusiya ilə sərhədi olan iki rayonda həbslər - “Sərhəddən sızmalar...”

Qaxın, ardınca isə Balakənin icra başçılarının qandallanmasının saxlanma səbəbləri rəsmi olaraq bəllidir, amma...

Azərbaycanın iki ölkə-Rusiya və Gürcüstanla həmsərhəd olan iki rayonun icra başçısılarının həbsi diqqət çəkib. Maraqlıdır ki, hər iki icra başçısı 15 ilə yaxın idi ki, bu vəzifəni tuturdular. Belə ki, iyun ayında Dövlət Təhlükəsizliyi Xidməti Qaxın icra başçısı Musa Şəkiliyevi həbs edib. 2010-cu ildən icra başçısı olan M.Şəkiliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər korrupsiya cinayətlərində şübhəli bilinir. Bir neçə gün əvvəl onun həbs müddəti daha bir neçə ay uzadılıb.

Oktyabrın 30-da Balakənə 2019-cu ildən rəhbərlik edən icra başçısı İslam Rzayev də həbs edilib. O da külli miqdarda mənimsəmədə və təkrar rüşvət almaqda təqsirləndirilir. Səbayel Rayon Məhkəməsi İ.Rzayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, məhkəmədən birbaşa DTX-nin istintaq təcridxanasına aparılıb...

İki ölkə ilə sərhədi olan Qaxın, ardınca isə Balakənin icra başçılarının həbs səbəbləri rəsmi olaraq bəllidir. Amma istisna deyil ki, bu iki qonşu rayonun icra orqanları rəhbərlərinin həbsi “bağlı sərhəddən sızmalar”la da bağlı ola bilər. Yada salaq ki, bu yaxınlarda Gürcüstan sərhədçiləri “Qırmızı körpü” keçid məntəqəsində balıq yemi ilə yüklənmiş yük maşınında gizlədilən 200 kiloqram heroin(“qara bazar qiyməti” 50 milyon ABŞ dolları) aşkarlanması faktı təsdiqləyir ki, cinayətkar şəbəkələr Azərbaycanı sərhədlərini tranzit dəhliz kimi seçməkdə israrlıdır. Yəni faktlar göstərir ki, söhbət regional yox, qlobal şəbəkənin fəaliyyətindən gedir.

Hər iki rayonun Rusiya və Gürcüstanla sərhəddə olması narkomafiyanın hədəfində ola bilərdi. Şübhısiz ki, dövlət orqanları bu kimi şübhələri də araşdıracaq.

Qeyd edək ki, Qax rayonu şimaldan Rusiya, şimal-qərbdən Zaqatala, qərbdən Gürcüstan, cənubdan Yevlax və Samux, şərqdən isə Şəki rayonu ilə həmsərhəddir. Rayon 1930-cu ildə təşkil olunsa da, 1963-cü ildə ləğv edilərək ərazisi Zaqatala rayonuna verilib. Amma cəmi 1 il sonra 1964-cü ildə yenidən ayrıca rayon statusu alıb.

Azərbaycanın şimal-qərbindəki Balakən rayonu da coğrafi mövqeyinə görə şimaldan Rusiya , qərbdən Gürcüstanla həmsərhəddir. Balakən rayonu inzibati vahid kimi 8 avqust 1930-cu ildə təşkil olunub. Rayonun təşkili tarixinədək bu ərazi inzibati cəhətdən Zaqatala dairəsinə daxil idi. 1963-cü ildə ləğv edilərək Zaqatala rayonuna verilib, 1965-ci ildə isə yenidən müstəqil rayon olub.

Sahəsi 934 km2 olan Balakən rayonunun ərazisinin 45,4 min hektarını meşələr, 32,8 min hektarını dövlət qoruğu, 18,2 min hektarını əkin sahələri, 6,9 min hektarını bağlar təşkil edir.

Balakənin zəngin meşə örtüyü ölkənin meşə ehtiyatlarının 5 %-ni təşkil edir. Meşələrində palıd, vələs, fıstıq, qızılağac, akasiya və s. ağaclar bitir.Şuşadan başqa heç yerdə bitməyən Xarı Bülbül adlı məşhur gül Balakən rayonunda bitir. Rayonun faunası da zəngindir. Dağ və düzənlikmeşələrində qonur ayı, dağ keçisi, canavar, çaqqal, tülkü, qaban, dovşan, cüyür və s. heyvanlar yaşayır.

Balakən rayonu azsaylı xalqların sıx məskunlaşdığı rayonlarından biridir. Rayonda iyirmidən çox millətin nümayəndəsi mehriban bir ailə kimi yaşayır. Bunlardan azərbaycanlıları, avarları, tatarları, rusları, ləzgiləri, gürcüləri, lakları, kumukları, zaxurları, ukraynalıları, farsları, türkləri, kürdləri və s. qeyd etmək olar. Ərazidən axan çaylardan ən böyükləri Mazım, Katex, Balakən və Cənubdan axan Alazan çaylarıdır. Bu çaylar yazda qar, yayda və payızda isə yağış sularından daşqın əmələ gətirən çaylar qrupuna daxildirlər.

Məlumata görə, Balakən rayonunda əhalinin sayı 100-dən çoxdur. Balakən rayonu azsaylı xalqların sıx məskunlaşdığı rayonlarından biridir. Rayonda iyirmidən çox millətin nümayəndəsi mehriban bir ailə kimi yaşayır. Bunlardan azərbaycanlıları, avarları, tatarları, rusları, ləzgiləri, gürcüləri, lakları, kumukları, zaxurları, ukraynalıları, farsları, türkləri, kürdləri və s. qeyd etmək olar.

Dövlət Statistika Komitəsi əhalinin sonuncu siyahıyaalınması zamanı Balakən rayonunda yaşayan əhalinin milli (etnik) tərkibini də müəyyənləşdirib. Sonuncu siyahıyaalma zamanı Balakəndə yaşayan 72 677 nəfər azərbaycanlı, 22 905 nəfər avar, 1 613 nəfər isə ingiloy olduğunu bildirib.

Balakəın turizm resurslarına malik rayonlarından biridir. Rayon gəzməli, görməli yerlərlə zəngindir. Katexçay şəlaləsi, İmambulaq, Arılıq, Qaraçay-Razvedka, Mazımqara, Mirovoy Voda, Şərif kəndində Bağman Bulağı və s. belə yerlərdəndir.

Musavat.com

Seçilən
54
musavat.com

1Mənbələr