AZ

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə direktor müavini təyin edildi

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə kadr təyinatı olub.

"Cebheinfo.az" xəbər verir ki, birliyin direktor müavini vəzifəsinə Yaşar Salahov təyin edilib.

Məlumat üçün bildirək ki, Yaşar Salahov bundan əvvəl Su Quyularının İstismarı və Təmiri Xidməti İdarəsinin rəisi vəzifəsini icra edib.

Y. Salahovun Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı birliyində direktor müavini kimi fəaliyyətə başlaması ona göstərilən böyük etimadın göstəricisidir. Yaşar Salahovun keçdiyi şərəfli əmək yolu, onun peşəkarlığı, təşkilatçılığı, savadı, dövlətə sədaqətli xidməti bir çoxlarına nümunədir. 

Yeni vəzifəsinin icrasına başlayan Y. Salahov artıq direktor müavini təyin olunduğu gündən şəhərin abadlığı, təbiətin qorunması və yaşıllıq sahələrinin artırılması istiqamətində uğurlu addımlar atmaqdadır.

"Cebheinfo.az" 

Seçilən
24
1
cebheinfo.az

8Mənbələr